Uzun illərdir ki, gündəlik iş axtaranlar sərt hava şəraitində küçələrdə iş gözləmək məcburiyyətində qalırlar. Dünya rəqəmsallaşsa da, həmin mübarizə hələ də davam edir. El arasında "qul bazarı" adlandırılan bu proses həm işçilər üçün çətindir, həm də səmərəsizdir.
Digər tərəfdən, evinə və ya təsərrüfatına işçi çağıran şəxslər üçün də güvən və şəffaflıq problemi mövcuddur. İşəgötürənlə işçini birbaşa, etibarlı və rəqəmsal mühitdə birləşdirən vahid sistemə ehtiyac var. 1ishvar.az məhz bu boşluğu doldurur.